02 May 2024

Bakı Təl-Əviv və Ankara arasında potensial vasitəçidir

İbrani dilində nəşr olunan "Globes" iqtisadi qəzeti Azərbaycanın Ankara ilə Təl-Əviv arasındakı gərginliyi azaltmaq üçün ən vacib namizəd kimi göründüyünü açıqlayıb.

Bu iqtisadi qəzetin yazarlarından biri Din Şmuel Elmas: “Bu gün Təl-Əvivin gözü Türkiyənin İsrailə ixracına qoyulan məhdudiyyətləri azaltmaq üçün Azərbaycandadır.

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə ərizə verib.

Operativtv.com Unikal-a istinadən məlumatına görə, məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə araşdırılacaq. 

Şamil Abduləliyevin cəzası ağırlaşdırılaraq 6 ilə yüksəldilib

Mayın 2-də Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının MBH üzvü Şamil Abduləliyev barəsində çıxardığı qərardan verdiyi şikayətinə baxıb. Hakim Murad Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində Şamil Abduləliyev barəsində çıxarılan qərardan dövlət ittihamçısı tərəfindən verilən protestə baxıb. O, öncəki məhkəməsinin qərarını dəyişərək məhkəmənin 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ağırlaşdıraraq 6 ilə yüksəldib.

6 saylı cəzaçəkmə müəssisəsində Rövşən Əliyevə azuqənin göndərilməsi qadağan edilib

Martın 13-də 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülən Rövşən Əliyev hələ də kamera tipli otaqda saxlanılmaqdadır. Müəssisəyə gələn ilk gündən karantinə alınaraq ardınca karserə salınan inanclı aprelin 1-dən iki ay müddətinə kamera tipli otağa (PTK- Помещение камерного типа) məhküm edilib. Müəssisə rəhbərliyi cəzanın 2 aydan sonra bitib-bitməyəcəyi haqda məlumata malik olmadığını söyləyib. 

BŞİH Milli Şuranın mitinqini yenə 'məqsədəuyğun' saymadı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də keçirmək istədiyi mitinqlə bağlı müraciətinə də müsbət cavab verməyib.

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib.

Onun vurğuladığına görə, cavabda qeyd edilib ki, göstərilən ərazilərin birində təmir işləri aparılır, qalan iki yerdə isə nəqliyyat intensiv hərəkət etdiyindən toplantıların keçirilməsi tıxacların yaranmasına səbəb olacaq.

Gürcüstan parlamenti “xarici agentlərlə” bağlı qanunu qəbul etdi

Gürcüstan parlamenti plenar iclas zamanı xarici agentlərə dair qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, qanunun lehinə 83, əleyhinə 23 səs verilib.

Xatırladaq ki, daha öncə Gürcüstan Baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, hakim “Gürcü Arzusu” parlamenti, etirazlara baxmayaraq, “Xarici təsirin şəffaflığına dair” qanun layihəsini qəbul edəcək.

ABŞ polisi Kolumbiya Universitetində 100 Fələstin tərəfdarını həbs edib

BCNews çərşənbə günü xəbər verir ki, Nyu York polisi Kolumbiya Universitetinin Hamilton Hall binasına basqın zamanı 100 etirazçı Fələstin tərəfdarını həbs edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Nyu-York polisi yerli vaxtla axşam saat 21:00-dan sonra Kolumbiya Universitetinə basqın edib və saat 23:00-da universitetin həyətini etirazçılardan təmizlədiklərini elan edib. 

Ayətullah Xamenei: Fələstin öz ilkin sahiblərinə qayıtmalıdır, normallaşma faydasızdır

İslam İnqilabının lideri Qəzzəni dünyanın ilk problemi hesab edilib və deyib: Fələstin öz ilkin sahiblərinə qayıtmalıdır. Sionist rejimlə münasibətlərin normallaşdırılması heç vaxt Qərbi Asiyanın problemini həll etməyəcək.

 Mayın 1-i Şəhid Mürtəza Mütəhhərinin şəhadətinin ildönümü və Müəllimlər Gününün qeyd edilməsi ilə eyni vaxtda ölkənin hər yerindən 3000 müəllim və ziyalı İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində İran İslam İnqilabının lideri Ayətullah Xamenei ilə görüşüb.

Bu gün şəhid Murtəza Mutəhhərinin anım günüdür

1920-ci ildə, İranın Xorasan vilayətinin Fəriman kəndində nurlu, təqva və pak bir ailədə, tarixin ölməz dühasına çevriləcək Şəhid Murtəza Mütəhhəri dünyaya göz açır. Atası Şeyx Muhəmməd Hüseyn Mütəhhəri onu İmam Əlinin (ə) şərəfinə Murtəza deyə çağırır. Din, elm və mənəviyyatla hörülən ailədə dini dəyərləri hələ körpə yaşlarından ailəsindən mənimsəyən Murtəza ilkin təhsilini qəsəbə məktəbində alır. 12 yaşına çatdıqda isə onu təhsilinin davamı üçün atası Məşhəd şəhərinə gətirir və buradakı mədrəsələrdən birinə yerləşdirir.